“Netflix” abunəçilərinin sayı 300 milyonu ötüb

“Netflix” abunəçilərinin sayı 300 milyonu ötüb

“Netflix” striminq servisi ötən ilin dördüncü rübündə 19 milyon yeni abunəçi qazanıb. ABŞ-ın media qrupunun uğurunun səbəblərindən biri Cənubi Koreya seriallarına artan maraqdır.

NUHÇIXAN xəbər verir ki, canlı idman yayımları və Koreyanın məşhur “Squid Game” serialının ikinci mövsümü “Netflix” servisinin tarixində ən böyük müştəri artımını təmin edib. 2024-cü ilin sonunda “Netflix” abunəçilərinin sayı dünya üzrə 300 milyon nəfəri ötüb. Həmçinin ötən rübdə kompaniyanın gəliri illik müqayisədə 16 faiz artaraq 10,2 milyard dollara çatıb.

“Squid Game” serialının ikinci mövsümü artıq eyniadlı filmin birinci mövsümündən və ABŞ-ın “Wednesday” serialından sonra servisin üçüncü ən uğurlu layihəsi olub.

Qeyd edək ki, “Netflix” həm gəlir, həm mənfəət, həm də hər abunəçiyə düşən orta gündəlik istifadə müddəti baxımından striminq servisi bazarının lideridir.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM