satellite   Azerspace-1: 11135 H 30000

Türkiyədə yanğının baş verdiyi hotel söküləcək

Türkiyədə yanğının baş verdiyi hotel söküləcək

Türkiyənin Kartalkaya xizək kurortunda 79 nəfərin həyatına son qoyan böyük yanğının baş verdiyi “Grand Kartal” hoteli söküləcək

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə “Habertürk” telekanalı iqtidar orqanlarına istinadən məlumat yayıb.

Məlumata görə, 1978-ci ildə tikilmiş 12 mərtəbəli hotelin sökülməsi barədə qərar Türkiyənin Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi Nazirliyinin mütəxəssisləri tərəfindən aparılmış ekspertizanın nəticələrinə əsasən qəbul edilib.

Nazirliyin ekspertləri binanın əsas konstruksiyalarında ciddi zədələr aşkar edib və onun gələcəkdə istismarının mümkün olmadığı qənaətinə gəliblər.

Xatırladaq ki, hoteldə yanğın yanvarın 21-də gecə baş verib. Yanğın zamanı müəssisədə ümumilikdə 238 qonaq olub. Türkiyədə yanvarın 22-də matəm elan edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM