satellite   Azerspace-1: 11135 H 30000

Fransada polis kilsədə bıçaqlı kişini güllələyib

Fransada polis kilsədə bıçaqlı kişini güllələyib

Fransanın mərkəzi hissəsində yerləşən Korrez departamentinin Briv kommunasında polis əməkdaşları kilsədə onlardan gizlənməyə çalışan bıçaqlı kişini güllələyiblər.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə BFMTV telekanalı məlumat yayıb.

Məlumata görə, şübhəli şəxs oğurlanmış avtomobili ataraq kilsəyə soxulub. Saxlanma zamanı o onu təqib edən polis əməkdaşlarını bıçaqla hədələyib.

Telekanal bildirib ki, hüquq-mühafizə orqanları atəş açıb və "şübhəli şəxs aldığı yaralardan ölüb".

Hadisə ilə bağlı araşdırma başlanıb. 40 yaşlı kişinin kimliyi və niyyəti araşdırılır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM