satellite   Azerspace-1: 11135 H 30000

Suriya XİN: Sanksiyaların ləğvi ölkənin sabitliyi üçün vacibdir

Suriya XİN: Sanksiyaların ləğvi ölkənin sabitliyi üçün vacibdir

Suriya keçid hökumətinin xarici işlər naziri Əsəd Həsən Şeybani keçmiş prezident Bəşər Əsədin hakimiyyəti dövründə ölkəyə tətbiq edilmiş sanksiyaların ləğv edilməsi üçün beynəlxalq ictimaiyyətə çağırış edib.

Naxçıvan televiziyası “Barron's”a istinadən xəbər verir ki, suriyalı diplomat bu bəyanatı Davosda Dünya İqtisadi Forumunda Böyük Britaniyanın keçmiş baş naziri Toni Bleyr ilə söhbəti zamanı verib.

“İqtisadi sanksiyaların ləğvi Suriyanın sabitliyi üçün vacibdir”, – Şeybani bildirib.

Daha əvvəl Suriya Ərəb Respublikasına qarşı beynəlxalq sanksiyaların ləğvinə Türkiyə, Səudiyyə Ərəbistanı, Almaniya, Fransa, İspaniya və Niderland çağırış etmişdi. Sanksiyaların ləğvi barədə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Folker Türk də danışmışdı.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM