satellite   Azerspace-1: 11135 H 30000

İranın vitse-prezidenti: Nüvə silahı əldə etməyə çalışsaydıq, onu çoxdan reallaşdırmışdıq

İranın vitse-prezidenti: Nüvə silahı əldə etməyə çalışsaydıq, onu çoxdan reallaşdırmışdıq

İran başqa dövlət üçün təhlükə mənbəyi deyil.

Naxçıvan televiziyası İRNA-ya istinadən xəbər verir ki, bunu İran prezidentinin strateji məsələlər üzrə müavini Məhəmməd Cavad Zərif Davosda İqtisadi Forumunda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, rəsmi Tehran nüvə silahı yaratmağa cəhd göstərmir:

“Əgər doğrudan da nüvə silahı əldə etməyə çalışsaydıq, onu çoxdan reallaşdırmışdıq”.

M.Zərif deyib ki, nüvə silahları beynəlxalq nəzarət altında olan obyektlərdə deyil, gizli laboratoriyalarda hazırlanır:

“Biz sülh yolu ilə həllin tərəfdarları kimi təəccüblənirik ki, "İranın nüvə bombasına sahib olmasına bir neçə gün qalıb” fikrini kim təsdiqləyib”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM