satellite   Azerspace-1: 11135 H 30000

Tacikistan Prezidenti yeni müdafiə naziri təyin edib

Tacikistan Prezidenti yeni müdafiə naziri təyin edib

Emomali Sobirzoda Tacikistanın yeni müdafiə naziri təyin edilib.

Naxçıvan televiziyası Tacikistan mətbuatına istinadən xəbər verir ki, müvafiq sərəncamı ölkə Prezidenti Emomali Rəhmon imzalayıb.

Yeni təyinata qədər E.Sobirzoda müdafiə nazirinin birinci müavini olub.

2013-cü ildən Tacikistan Müdafiə Nazirliyinə rəhbərlik edən Şerali Mirzo isə hökumət yanında Dövlət Sirrinin Mühafizəsi İdarəsinin rəhbəri təyin edilib.

Müdafiə nazirinin birinci müavini, Silahlı Qüvvələrin Baş Qərargah rəisi vəzifəsini Bobocon Saidzoda icra edəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM