satellite   Azerspace-1: 11135 H 30000

Peskov: Putin və Ərdoğan arasında Slovakiyaya qaz tədarükü ilə bağlı danışıq gözlənilmir

Peskov: Putin və Ərdoğan arasında Slovakiyaya qaz tədarükü ilə bağlı danışıq gözlənilmir

Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında Slovakiyaya qaz tədarükü ilə bağlı danışıq hələlik planlaşdırılmır.

Naxçıvan televiziyası Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

"Danışıq hələlik planlaşdırılmır, lakin Putin və Ərdoğan danışıqları bir neçə saat ərzində razılaşdıra bilirlər, buna görə də ehtiyac yaranarsa, bu baş tutacaq. Bu, daha çox bizim qaz tədarükçülərimizə, texnologiya baxımından “Qazprom”a aiddir", - o, Ankaradan iki prezident arasında telefon danışığı ilə bağlı sorğunun daxil olub-olmaması barədə sualı şərh edərkən bildirib.

Daha əvvəl Ərdoğan Putinlə Slovakiyaya qaz tədarükünün perspektivlərini müzakirə etmək niyyətində olduğunu bildirmişdi.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM