satellite   Azerspace-1: 11135 H 30000

Zaxarova: Tramp hökumətinin Cənubi Qafqaz siyasətini proqnozlaşdırmaq hələ çətindir

Zaxarova: Tramp hökumətinin Cənubi Qafqaz siyasətini proqnozlaşdırmaq hələ çətindir

ABŞ-nin yeni Prezidenti Donald Trampın administrasiyasının Cənubi Qafqazla bağlı siyasətini proqnozlaşdırmaq hələlik çətindir.

Naxçıvan televiziyası xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə bildirib.

"Tramp administrasiyasının Cənubi Qafqazla bağlı siyasətini proqnozlaşdırmaq çətindir. Ötən illərin təcrübəsi göstərir ki, qeyri-regional oyunçuların müdaxilə cəhdləri heç bir yaxşı nəticə verməyib", - o qeyd edib.

M.Zaxarova qeyd edib ki, Rusiya Azərbaycan və Ermənistan arasında birbaşa dialoqu dəstəkləməyə davam edir və həmişə iki ölkəyə, vətəndaş cəmiyyəti arasında əlaqələrin inkişafına, kommunikasiyaların açılmasına dəstək verməyə hazırdır.

"3+3 platformasına gəlincə, bu, Cənubi Qafqaz ölkələrinin dialoq qurması üçün perspektivli mexanizmdir. Onun öz vəzifələri və məqsədləri var, qarşılıqlı maraq doğuran istiqamətlər üzrə mütərəqqi inkişaf var. Heç bir gizli gündəlik yoxdur, hər şey açıq şəkildə bəyan edilib", - o əlavə edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM