satellite   Azerspace-1: 11135 H 30000

Türkiyə Nəqliyyat Nazirliyi: 5G texnologiyalarına keçidin 2026-cı ildə başlanması planlaşdırılır

Türkiyə Nəqliyyat Nazirliyi: 5G texnologiyalarına keçidin 2026-cı ildə başlanması planlaşdırılır

Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu 5G texnologiyalarına sürətli keçid planlarını açıqlayıb.

Naxçıvan televiziyası xəbər verir ki, o, 5G texnologiyalarının tətbiqi üzrə tenderlərin artıq bu il keçiriləcəyini, beşinci nəsil rabitənin daha yüksək ötürmə qabiliyyətini təmin edən ilk şəbəkələrin işə başlamasının 2026-cı ildə nəzərdə tutulduğunu qeyd edib.

Eyni zamanda, Uraloğlu ölkənin telekommunikasiya operatorlarının investisiyalarının həcminin kəskin artdığını bildirib. “Təkcə ötən ilin 9 ayında telekommunikasiya operatorlarının investisiyalarının həcmi 2023-cü ilin eyni dövrü ilə müqayisədə 57,8 faiz artıb. İnvestisiyaların böyük hissəsi fiber-optik şəbəkələrin inkişafına yönəldilib”, - deyən nəqliyyat naziri hazırda Türkiyədə stasionar telefon abunəçilərinin sayının 9,2 milyon təşkil etdiyini, mobil telefon istifadəçilərinin isə 94,5 milyonu ötdüyünü qeyd edib.

Nazir xatırladıb ki, 4G və 5G texnologiyaları Türkiyədə 2016-cı ilin aprelində tətbiq olunmağa başlayıb, bu rabitə növünün abunəçilərinin sayı isə 2024-cü ilin sentyabrına qədər 87,5 milyona çatıb.

Eyni zamanda, o, yerli texnologiyaların və rabitə stansiyalarının daha da inkişaf etdirilməsi və tətbiqinin vacibliyini vurğulayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM