satellite   Azerspace-1: 11135 H 30000

Qəzza sazişinin yeni mərhələsi ilə bağlı danışıqlar iki həftə sonra başlayacaq

Qəzza sazişinin yeni mərhələsi ilə bağlı danışıqlar iki həftə sonra başlayacaq

Qəzzada atəşkəs razılaşmasının ikinci mərhələsi ilə bağlı danışıqlar iki həftədən sonra başlayacaq.

Naxçıvan televiziyası-ın məlumatına görə, bunu HƏMAS-ın İordan çayının qərb sahilindəki qanadının rəhbəri Zaher Cabarin hərəkatın teleqramdakı rəsmi kanalında yazıb.

“İki həftədən sonra sazişin ikinci mərhələsi üzrə danışıqlara başlanacaq, bu müddət ərzində üç əsas məsələ müzakirə olunacaq: İsrail qoşunlarının Qəzzadan tam çıxarılması, anklavda daimi atəşkəs və bütün əsirlərin dəyişdirilməsi", - Cabarin qeyd edib.

O, həmçinin vurğulayıb ki, HƏMAS Qəzza razılaşmasının bütün mərhələlərinin bir-biri ilə bağlı olmasını israr edir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM