satellite   Azerspace-1: 11135 H 30000

Tramp Putinlə dərhal görüşmək istəyini bildirib

Tramp Putinlə dərhal görüşmək istəyini bildirib

ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə dərhal görüşmək istədiyini bildirib.

Naxçıvan televiziyası xəbər verir ki, o, bu barədə Ağ Evdə jurnalistlərlə söhbəti zamanı bildirib.

Amerika liderinin fikrincə, Rusiya Ukrayna ilə sülh müqaviləsi bağlamağa çalışmalıdır.

"Ola bilsin, onlar müqavilə imzalamaq istəyirlər. Düşünürəm ki, Putin məni görmək, mümkün qədər tez görüşmək istərdi. Mən dərhal görüşərdim", - Tramp deyib.

Amerika liderindən Rusiyaya qarşı sanksiyaların ölkə rəhbərliyini danışıqlara sövq edəcəyinə inanıb-inanmadığı da soruşulub. “Bilmirəm, amma düşünürəm ki, Putin razılığa gəlməlidir”, - Tramp deyib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM