satellite   Azerspace-1: 11135 H 30000

Sepah körfəzdə dəniz qüvvələrinin təlimini keçirir

Sepah körfəzdə dəniz qüvvələrinin təlimini keçirir

İran İnqilab Keşikçiləri Qvardiyası (Sepah) Hərbi Dəniz Qüvvələrinin Buşehr və Xuzistan əyalətlərinin körfəz sularında təlimi başlayıb.

Naxçıvan televiziyası İSNA-ya istinadən xəbər verir ki, bu barədə Sepahın Hərbi Dəniz Qüvvələrinin komandanı admiralı Əlirza Tanqsiri bildirib.

Onun sözlərinə görə, körfəzdə “Böyük Peyğəmbər” adlı 19-cu təlim keçirilir:

“Bu təlimlərin ismarışları regiondan kənar ölkələrdir. Onlar bilməlidirlər ki, bu bölgədə mövcudluqları təhlükəsizliyin təmin olunmasına maneədir, onlar bu həssas bölgədə sabit təhlükəsiz şərait yarada bilməzlər”.

Komandan xatırladıb ki, bu təlimlərin digər məqsədi beynəlxalq su yollarının təhlükəsizliyini, o cümlədən gəmiçilik və regionun iqtisadi təhlükəsizliyinin təmin edilməsini göstərməkdir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM