satellite   Azerspace-1: 11135 H 30000

Türkiyə daxil olmaqla üç ölkə Fələstindən deportasiya oluna biləcək məhbusları qəbul etməyə hazırdır

Türkiyə daxil olmaqla üç ölkə Fələstindən deportasiya oluna biləcək məhbusları qəbul etməyə hazırdır

Əlcəzair, Tunis və Türkiyə Qəzza zolağında atəşkəs razılaşması çərçivəsində İsrail həbsxanalarından buraxıldıqdan sonra Fələstindən deportasiya oluna biləcək məhbusları qəbul etməyə hazırdır.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə “Al Hadath” telekanalı məlumat yayıb.

Telekanala danışan mənbənin sözlərinə görə, bu dövlətlər Fələstindən qovulan məhbusların qəbuluna ilkin razılıq veriblər. Mənbə konkret olaraq hansı məhbuslardan söhbət getdiyini və onların nə vaxt azadlığa buraxılmalı olduğunu açıqlamayıb.

Qeyd edək ki, “Əl Ərəbiyə” telekanalı yanvarın 14-də bildirib ki, İsrail Fələstinin tanınmış simalarının, o cümlədən 2024-cü ilin oktyabrında öldürülən Həmas lideri Yəhya Sinvarın kiçik qardaşı Məhəmmədin və bir neçə məhbusun Qəzza zolağından çıxarılması üçün vasitəçilərlə danışıqlar aparır.

Xatırladaq ki, Qəzzada saxlanılan və İsrail Müdafiə Qüvvələrində xidmət edən 4 girovun yanvarın 25-də vətənlərinə dönəcəyi gözlənilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM