satellite   Azerspace-1: 11135 H 30000

Husilər 153 hərbi əsiri birtərəfli qaydada azad edib

Husilər 153 hərbi əsiri birtərəfli qaydada azad edib

Yəmənin “Ənsar Allah” hərəkatının husi üsyançıları 153 hərbi əsiri birtərəfli qaydada azad edib.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) bəyanatında bildirilib.

"Bu gün Sanada münaqişə ilə əlaqədar 153 məhbus azad edilib. Məhbuslar üzrə Milli Komitənin (husilərin nəzarətində olan dövlət orqanı) bu birtərəfli təşəbbüsü BQXK qrupunun dəstəyi ilə həyata keçirilib", - bəyanatda qeyd edilib.

Bu hərbi əsirlər hökumət qüvvələrinin tərəfində üsyançılara qarşı hərbi əməliyyatlarda iştirak ediblər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM