satellite   Azerspace-1: 11135 H 30000

Türkiyə ordusu Suriya və İraqda yeni əməliyyat keçirib, 5 terrorçu öldürülüb

Türkiyə ordusu Suriya və İraqda yeni əməliyyat keçirib, 5 terrorçu öldürülüb

Türkiyə Silahlı Qüvvələri İraq və Suriyanın şimalında yeni əməliyyat keçirib.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, əməliyyat nəticəsində İraqın Haftanin bölgəsində PKK terror qruplaşmasının iki üzvü öldürülüb.

Həmçinin Suriyanın şimalındakı Barış Pınarı əməliyyat bölgəsində PKK/YPG terror təşkilatının üç üzvü zərərsizləşdirilib.

Nazirlik bildirib ki, terrorçulara qarşı mübarizə davam edəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM