satellite   Azerspace-1: 11135 H 30000

Paşinyan: Ermənistanda növbədənkənar parlament seçkiləri keçirilməyəcək

Paşinyan: Ermənistanda növbədənkənar parlament seçkiləri keçirilməyəcək

Ermənistan hökuməti növbədənkənar parlament seçkiləri keçirmək niyyətində deyil.

Naxçıvan televiziyası xəbər verir ki, bunu ölkənin baş naziri Nikol Paşinyan İctimai Televiziyaya müsahibəsində deyib.

"Növbədənkənar seçkilərin keçirilməsinin mümkünlüyü ilə bağlı həmişə müzakirələr olub. Bununla belə, biz növbədənkənar parlament seçkiləri keçirməyi planlaşdırmırıq", - baş nazir bildirib.

Qeyd edək ki, Ermənistanda növbəti parlament seçkiləri 2026-cı ilə planlaşdırılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM