satellite   Azerspace-1: 11135 H 30000

Pentaqonun yeni rəhbəri müharibələrin qarşısını alacağına, onları aparmayacağına söz verib

Pentaqonun yeni rəhbəri müharibələrin qarşısını alacağına, onları aparmayacağına söz verib

ABŞ yeni münaqişələr yaratmaq deyil, onların qarşısını almağa çalışacaq.

Naxçıvan televiziyası “Associated Press”ə istinadən xəbər verir ki, bunu ölkənin yeni müdafiə naziri Pit Heqset andiçmə mərasimindən sonra bildirib.

“Biz müharibələrdə iştirak etmək istəmirik. Biz onları dayandırmaq və artıq davam edənləri bitirmək istəyirik”, – nazir deyib.

Onun sözlərinə görə, əgər Pentaqon müharibə aparmalı olsa, “biz böyük resurslar cəlb edəcəyik və düşməni məhv etmək üçün qətiyyətlə hərəkət edəcəyik”.

Heqset həmçinin Amerika hərbçilərini dəstəkləyəcəyinə, Prezident Donald Trampın “güc vasitəsilə sülh” konsepsiyasını təşviq edəcəyinə, “Amerikanı birinci yerə qoyacağına və ordu islahatları aparacağına” söz verib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM