satellite   Azerspace-1: 11135 H 30000

Ermənistanda Rusiyanın 102-ci bazasının hərbçisinin asılmış meyiti aşkarlanıb

Ermənistanda Rusiyanın 102-ci bazasının hərbçisinin asılmış meyiti aşkarlanıb

Naxçıvan televiziyası-ın məlumatına görə, Ermənistanın Gümrü şəhərində Rusiyanın 102-ci bazasının hərbçisinin asılmış meyiti aşkarlanıb.

Qeyd olunub ki, yerli vaxtla saat 17:20 radələrində Rusiya vətəndaşı Vitali Şevçenko polisə zəng edərək Gümrü şəhərinin Aram Xaçatryan küçəsindəki evlərdən birində asılmış meyitin tapılması barədə məlumat verib.

Polis və müstəntiqlər binadakı mənzildə Rusiyanın 102-ci bazasının hərbi qulluqçusu, 23 yaşlı Rusiya vətəndaşı Aleksey Yampolskinin meyitini aşkar ediblər.

Faktla bağlı intihar və ya intihara cəhd maddələri ilə cinayət işi açılıb. Meyitin məhkəmə-tibbi ekspertizası təyin edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM