satellite   Azerspace-1: 11135 H 30000

Kolumbiya ABŞ-dən deportasiya edilən həmvətənləri üçün prezident təyyarəsi göndərəcək

Kolumbiya ABŞ-dən deportasiya edilən həmvətənləri üçün prezident təyyarəsi göndərəcək

Kolumbiya ABŞ-dan deportasiya olunmuş həmvətənlərini geri qaytarmaq üçün prezident təyyarəsi hazırlayır.

Naxçıvan televiziyası xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkə prezident administrasiyasının bəyanatında deyilir.

“Prezident Qustavo Petronun başçılıq etdiyi Kolumbiya hökuməti bu səhər tezdən deportasiya uçuşları ilə ölkəyə gəlməli olan həmvətənlərinin ləyaqətlə geri qayıtmasını asanlaşdırmaq üçün prezident təyyarəsi hazırlayıb. Bu tədbir hökumətin miqrantların geri qayıtması üçün layiqli şəraitin təmin edilməsi öhdəliyinin bir hissəsi kimi həyata keçirilir”, - deyə məlumatda qeyd olunub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM