satellite   Azerspace-1: 11135 H 30000

HƏMAS israilli girovları azad etmək niyyətini təsdiqləyib

HƏMAS israilli girovları azad etmək niyyətini təsdiqləyib

HƏMAS yanvarın 31-dək əlavə mübadilə çərçivəsində Qəzza zolağında saxlanılan daha dörd girovu azad etmək niyyətini təsdiqləyib.

Naxçıvan televiziyası TASS-a istinadən xəbər verir ki, bu barədə hərəkatın teleqram kanalında dərc olunan məlumatda bildirilib.

"HƏMAS yanvarın 31-dək israilli girovları əhatə edən əlavə mübadiləni nəzərdə tutan təklifi İsrail tərəfinə təqdim edib", - mətndə qeyd olunub.

Bəyanata əsasən, fevralın 1-i üç İsrail girovunun mübadiləsinə dair planlar dəyişməz qalır.

Öz növbəsində İsrail hakimiyyəti fələstinlilərin Qəzzanın şimalına qayıtması prosesinin yanvarın 27-də səhər başlamasına razılıq verib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM