satellite   Azerspace-1: 11135 H 30000

Urmiya gölünün səviyyəsi əhəmiyyətli dərəcədə artıb

Urmiya gölünün səviyyəsi əhəmiyyətli dərəcədə artıb

Qərbi Azərbaycan əyalətində quruyan Urmiya gölündə suyun səviyyəsi əhəmiyyətli dərəcədə artıb.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə İran Energetika Nazirliyinin Qərbi Azərbaycan əyalətindəki bölməsindən bildirilib.

Məlumata görə, ötən illə müqayisədə göldə suyun həcmi 0,19 milyard kubmetrdən 1,24 milyard kubmetrədək, su hövzəsinin dərinliyi isə 1270,05 metrdən 1270,13 metrədək artıb.

Bildirilib ki, ötən bir il ərzində Urmiya gölünün sahəsi 160 kv/km-dən 930 kv/km-dək çoxalıb.

Mütəxəssislərin hesablamalarına əsasən, Urmiya gölündə ekoloji sabitliyin yaranması üçün orada suyun həcmi 5 milyard kubmetrdən çox təşkil etməlidir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM