8 Noyabr – Zəfər Günü münasibətilə Polis Akademiyasının kursantlarının iştirakı ilə fləşmob təşkil olunub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən NTV-yə bildirilib ki, fləşmob çərçivəsində kursantların iştirakı ilə xalqımızın tarixi Zəfərini, milli qürurunu və qalibiyyət əzmini ifadə edən “Zəfərə atılan imza” və “Zəfərin memarı” sözlərindən ibarət kompozisiya yaradılıb.
Tədbirin məqsədi Azərbaycanın Vətən müharibəsində qazandığı tarixi Qələbənin əhəmiyyətini, gənc nəslin bu Zəfərə verdiyi dəyəri, həmçinin milli qürur və iftixar hissinin gələcək nəsillərə ötürülməsini nümayiş etdirməkdir.
