Futzal üzrə 2028-ci il dünya çempionatının əsas seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan – Latviya oyununun hakim təyinatları açıqlanıb.
NTV xəbər verir ki, noyabrın 8-də Bakı İdman Sarayında baş tutacaq qarşılaşmanı Xorvatiyadan olan hakimlər briqadası idarə edəcək.
Görüşün baş hakimi Dino Kramar, digər hakimləri isə Nikola Jeliç və Nina Nakic olacaq. Oyunun “timekeeper”i Hidayat Feyzullayev (Azərbaycan), hakim-inspektoru Angelo Qalante (İtaliya), UEFA nümayəndəsi isə Stephan Kammerer (Almaniya) olacaq.
Qeyd edək ki, Azərbaycan – Latviya görüşü saat 20:00-da başlayacaq. Qarşılaşma DÇ-2028-in əsas mərhələsinin XII qrupu çərçivəsində keçiriləcək. Qrupda Çexiya üç oyundan sonra 5 xalla liderdir. Bir matçda 1 xal toplayan Latviya ikinci, bir görüşdən sonra xalsız qalan Azərbaycan yığması isə üçüncü pillədə qərarlaşıb.
