Sənayeləşmə siyasəti konkret nəticələr verir. Sənaye zonalarında indiyədək 22,6 milyard manatlıq məhsul satılıb, bunun 7,1 milyard manatlıq hissəsi ixrac olunub.
NTV xəbər verir ki, bu sözləri Milli Məclisinin Təbii ehtiyatlar, energetika və ekologiya, Əmək və sosial siyasət, Səhiyyə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə iclasında iqtisadiyyat nazirinin müavini Anar Axundov deyib.
O qeyd edib ki, sahibkarlar bu zonalara 7,3 milyard manata yaxın investisiya yatırıb və 11,8 min daimi iş yeri yaradıb.
“Təkcə cari ilin 9 ayında daha 29 müəssisə sənaye zonalarında rezident statusu alıb. Dağ-mədən və metallurgiya üzrə 2027–2030-cu illər Dövlət Proqramı isə təbii ehtiyatlarımızın ölkə daxilində emalını və yüksək əlavə dəyərli məhsul ixracını hədəfləyir",-deyə Anar Axundov vurğulayıb.
