satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan və Ukrayna Fəaliyyət Planını qəbul edib - FOTOLAR

Azərbaycan və Ukrayna Fəaliyyət Planını qəbul edib<font color=red> - FOTOLAR</font>

Azərbaycan və Ukrayna qarşıdakı dövr üçün müxtəlif sahələr üzrə Fəaliyyət Planını qəbul edib.

NTV  xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov "X" sosial şəbəkə hesabında yazıb.

Nazir bildirib ki, Ukraynanın Ujqorod şəhərində Baş nazirin birinci müavini, energetika naziri Denis Şmıqal ilə birgə Azərbaycan-Ukrayna Hökumətlərarası Komissiyasının 14-cü iclası keçirilib: "Ticarət-iqtisadi, investisiya, enerji, nəqliyyat, texnologiya və innovasiya, turizm və digər sahələrdə əməkdaşlığın inkişafını müzakirə etdik, qarşıdakı dövr üçün Fəaliyyət Planını qəbul etdik".

P. Şahbazov bildirib ki, Azərbaycan-Ukrayna Biznes Dəyirmi Masasında yeni tərəfdaşlıq və investisiya imkanları dəyərləndirilib. Denis Şmıqal Ukraynaya göstərilən davamlı humanitar dəstəyə görə Azərbaycana təşəkkürünü bildirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM