satellite   Azerspace-1: 11135 H 30000

Dünyanın ən beş varlı adamı bir gündə 23,9 milyard dollar itirib

Dünyanın ən beş varlı adamı bir gündə 23,9 milyard dollar itirib

Dünyanın ən varlı adamları son ticarət günündə 24 milyard dollara yaxın vəsait itiriblər.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə “Forbes” jurnalı məlumat yayıb.

Belə ki, bazarlar texnologiya və lüks sektorlardakı indekslərin azalmasına reaksiya verib.

Nəticədə LVMH şirkətlər qrupunun sahibi Bernard Arno 9,3 milyard, “Nvidia”nın baş direktoru Censen Huan 6,3 milyard, “Tesla” və “SpaceX” sahibi İlon Mask 3,8 milyard, Larri Ellison (Oracle) 2,3 milyard və Fransuaza Betancour-Meyer (L'Oréal) 2,2 milyard dollar itiriblər.

Enişin əsas səbəbi süni intellekt və premium brendlərlə əlaqəli şirkətlərin səhmlərinin kəskin azalması olub. “Forbes” qeyd edir ki, dövlət aktivləri üzrə hesablamalar hər beş dəqiqədən bir, özəl şirkətlər üçün isə gündə bir dəfə yenilənir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM