satellite   Azerspace-1: 11135 H 30000

Avropa Komissiyasının sədri: ABŞ-dəki dəhşətli qəza xəbərindən dərindən kədərləndik

Avropa Komissiyasının sədri: ABŞ-dəki dəhşətli qəza xəbərindən dərindən kədərləndik

Avropa Komissiyasının sədri Ursula fon der Lyayen ABŞ-nin paytaxtı Vaşinqtonda baş verən təyyarə qəzası ilə əlaqədar başsağlığı verib.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə onun sosial şəbəkələrdəki paylaşımında bildirilib.

"Vaşinqtonda baş vermiş dəhşətli qəza - təyyarə və helikopterin toqquşması xəbərindən dərindən kədərləndik. Avropa bu ağır vaxtda həlak olanların ailələrini və bütövlükdə Amerika xalqını dəstəkləyir. Qəlbimiz və düşüncələrimiz sizinlədir", - o qeyd edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM