satellite   Azerspace-1: 11135 H 30000

Fransız general: Ukraynada 200 min sülhməramlının yerləşdirilməsi mümkün deyil

Fransız general: Ukraynada 200 min sülhməramlının yerləşdirilməsi mümkün deyil

Fransanın 7-ci zirehli briqadasının sabiq komandiri, general Nikola Rişu Ukraynada 200 min nəfərlik Qərb sülhməramlı kontingentinin yerləşdirilməsini qeyri-mümkün hesab edir.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə “Express” qəzeti onun sözlərinə istinadən yazıb.

"Bu qədər hərbçi tapmaq mümkünsüzdür. Avropanın heç bir ölkəsi bu qədər əsgəri toplamaq imkanına malik deyil", - o qeyd edib.

Öz növbəsində, Strateji və Müdafiə Araşdırmaları İnstitutunun eksperti Yoan Mişel nəşrə bildirib ki, Fransa hazırda belə bir kontingent üçün 10 min nəfərdən çox hərbçi ayıra bilməz.

Daha əvvəl Böyük Britaniya və Fransanın münaqişə bitdikdən sonra Ukraynaya birgə sülhməramlı qüvvələr göndərilməsini gizli müzakirə etdiyi barədə məlumat yayılmışdı.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM