satellite   Azerspace-1: 11135 H 30000

İranda ərzaq bahalaşıb

İranda ərzaq bahalaşıb

İranda gündəlik tələbat malları və tərəvəzin qiyməti artıb.

Naxçıvan televiziyası “fararu”ya istinadən xəbər verir ki, bu barədə İran Statistika Mərkəzinin açıqlamasında bildirilib.

Məlumata əsasən, süd məhsulları, düyü, yağ, kartof və başqa ərzaq məhsullarının qiymət artımında domino effekti müşahidə olunur.

Bildirilib ki, süd və süd məhsullarının qiyməti ötən ilin payızından sonra 20-30 faizədək qalxıb. Tərəvəzin qiyməti 15-20 faiz, paxlalıların qiymətində isə son iki ayda 12,5 faiz artım müşahidə olunub.

Yerli mütəxəssislərin sözlərinə görə, qiyməti artan ərzaq malları və tərəvəzlər ölkədə istehsal olunur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM