satellite   Azerspace-1: 11135 H 30000

Qrenlandiyada buzlaqların əriməsi 10 ildə altı dəfə sürətlənib

Qrenlandiyada buzlaqların əriməsi 10 ildə altı dəfə sürətlənib

Bierknes İqlim Araşdırmaları Mərkəzinin norveçli mütəxəssisləri bildirib ki, Qrenlandiyanın buz təbəqəsi görünməmiş sürətlə kütləsini itirir. 1980-ci illərdən bəri artıq bir trilyon tondan çox buz əriyib və ərimə sürəti son on ildə altı dəfə artıb.

Naxçıvan televiziyası xəbər verir ki, tədqiqat “The Chryoshere” elmi jurnalında dərc olunub.

Mütəxəssislər müəyyən ediblər ki, ildə təxminən 230 milyard ton buz itkisi dönüş nöqtəsi olacaq. Bu, qlobal orta temperaturun 3,4°C artmasına uyğundur. 2024-cü ildə planet Paris razılaşması ilə müəyyən edilmiş 1,5°C həddi artıq keçib.

Alimlər iqlim dəyişikliyinin buz təbəqəsinin kütlə balansına təsirini qiymətləndirmək üçün modelləşdirmədən istifadə ediblər. Buz təbəqəsinin qərb hissəsi öz vəziyyətini sabitləşdirə bildiyi üçün xüsusi rol oynayır. Lakin bu ərazinin sahilyanı ərazilərlə əlaqəsi kəsilərsə, buz kütləsinin 80%-dən çoxunun itirilməsi ilə nəticələnəcək.

Ərimiş buz təbəqələri təkcə dəniz səviyyəsinin qalxmasına səbəb olmur, həm də okeanların duzluluğunu dəyişir, dəniz ekosistemlərini və sahil icmalarını təhdid edir. Qrenlandiyanın buz təbəqəsinin tamamilə əriməsi dəniz səviyyəsinin yeddi metr yüksəlməsinə səbəb ola bilər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM