satellite   Azerspace-1: 11135 H 30000

ABŞ Dövlət katibi Ukrayna böhranının bitəcəyi vaxtı söyləməkdən imtina edib

ABŞ Dövlət katibi Ukrayna böhranının bitəcəyi vaxtı söyləməkdən imtina edib

ABŞ Dövlət katibi Marko Rubio Ukrayna böhranının bitəcəyi vaxtın proqnozlaşdırılmasını mümkün hesab etmir.

Naxçıvan televiziyası xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu CNN-ə açıqlamasında bildirib.

"Düşünürəm ki, heç kim bunun vaxtını və ya tarixini müəyyən edə bilməz. Ümid edirəm ki, bu, mümkün qədər tez baş verəcək, amma vaxt çərçivəsi söyləyə bilmərəm", - M.Rubio qeyd edib.

O etiraf edib ki, bu, mürəkkəb böhrandır və Vaşinqton onun həllinə nail olmaq istəyir. Bu həllə əsasən Ukrayna suveren və müstəqil ölkə olaraq qalmalı, münaqişə isə yenidən başlamamalıdır. M.Rubio nikbin olduğunu və ABŞ administrasiyasının “həqiqətən çox işləmək”də qərarlı olduğunu vurğulayıb.

Dövlət katibi xatırladıb ki, ABŞ Ukrayna hakimiyyəti ilə dialoq aparacaq. M.Rubionun özü də bu həftə Ukrayna nümayəndələri ilə görüşəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM