satellite   Azerspace-1: 11135 H 30000

Novak: "Rusiya və Azərbaycan Ukrayna vasitəsilə Avropaya qaz tədarükü barədə danışıqlar aparmır"

Novak: "Rusiya və Azərbaycan Ukrayna vasitəsilə Avropaya qaz tədarükü barədə danışıqlar aparmır"

Rusiya və Azərbaycan Ukraynanın qaz nəqliyyat sistemi vasitəsilə Avropaya svop qaz tədarükü ilə bağlı danışıqlar aparmır.

Naxçıvan televiziyası "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Baş nazirinin müavini Aleksandr Novak bildirib.

"Xeyr. Hələ ki, xeyr", - o, belə danışıqların mövcudluğu barədə suala cavab verib.

2025-ci ildə "Qazprom" və "Naftoqaz Ukrayna" arasında Avropaya qaz tranziti üzrə uzunmüddətli müqavilə başa çatıb. Ukrayna sazişi uzatmaqdan imtina edib. Nəticədə Avstriya və Slovakiya üçün nəzərdə tutulan ildə 15 milyard kubmetr həcmində Rusiya qazının tədarükü dayandırılıb.

Avstriya tranzitin davam etdirilməsinin çətinliyini nəzərə alaraq "Qazprom" ilə müqaviləni ləğv etmək qərarına gəlib.

Slovakiya və Macarıstan isə əksinə, Rusiya qazının tədarükünün saxlanılmasında maraqlıdır. Mübahisəli vəziyyətin mümkün həll yollarından biri kimi Ukrayna ilə yeni tranzit sazişinin bağlanması üçün digər ölkələrdən vasitəçilərin cəlb edilməsi nəzərdən keçirilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Birjalarda neft qiymətləri

10:56 04.11.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM