Niderland ötən il Rusiyadan LNG idxalını 68 % artırıb

Niderland ötən il Rusiyadan LNG idxalını 68 % artırıb

2024-cü ildə Niderland Rusiyadan 2023-cü illə müqayisədə 68 % çox - 1,9 milyard kubmetr mayeləşdirilmiş təbii qaz (LNG) idxal edib.

NUHÇIXAN TASS-a istinadən xəbər verir ki, bu barədə Niderlandın Mərkəzi Statistika Bürosunun məlumatında bildirilir.

Əvəzində Niderlandın ABŞ və Norveçdən LNG tədarükü bir qədər azalıb.

Ötən il ölkə ümumilikdə 21 milyard kubmetrə yaxın LNG idxal edilib.

2024-cü ildə Niderlanda qaz istehlakı isə 2023-cü ilə nisbətən dəyişməyərək 30 milyard kubmetrə yaxın olub.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM