Bu ilin yanvarında elektromobillərin və hibrid avtomobillərin qlobal satışı 18 faiz artıb

Bu ilin yanvarında elektromobillərin və hibrid avtomobillərin qlobal satışı 18 faiz artıb

“Rho Motion” tədqiqat şirkətinin cari ilin yanvar ayı üçün statistikası elektrikli avtomobil və hibrid bazarında liderlərin dəyişdiyini göstərir. Çinin Yeni il bayramı bölgədə belə avtomobillərin satışlarının ardıcıl 43 faiz azalmasına səbəb olub. Bununla belə, Çində ötən ilin yanvar ayı ilə müqayisədə satış həcmi 11,8 faiz artaraq 700 min ədəd olub.

NUHÇIXAN “Reuters” agentliyinə istinadla xəbər verir ki, Avropa və ABŞ-da elektromobillərin və hibrid avtomobillərin satışlarının artması yanvar ayında bu regionlara ötən ilin fevralından bəri ilk dəfə olaraq böyük bazar olaraq qalan Çini ötüb keçməyə imkan verib. Ümumilikdə, yanvar ayında bu cür avtomobillərin dünya üzrə satışları illik müqayisədə 18 faiz artaraq 1,26 milyon ədədə çatıb.

Yanvar ayında 250 min elektromobil və hibrid avtomobilin satın alındığı Avropada illik artım 21 faizə çatıb. Fransada hibrid mühərrikli nəqliyyat vasitələrinə verginin tətbiqi satışların 52 faiz azalmasına səbəb olub, Almaniyada isə satışlar illik müqayisədə 40 faiz artıb, çünki keçən ilin yanvarında onların alınması üçün dövlət subsidiyalarının geri çəkilməsi səbəbindən elektrik avtomobillərinin satışında kəskin azalma müşahidə edilib.

“Rho Motion” nümayəndələri izah edirlər ki, qlobal miqyasda elektromobillərin və hibrid avtomobillərin satış tempi ardıcıl üçüncü aydır ki, azalır. ABŞ və Kanadada satış həcmi 22,1 faiz artaraq 130 min ədədə çatıb, lakin aydındır ki, yerli bazar tutum baxımından təkcə Çindən deyil, Avropadan da geri qalır. Yeri gəlmişkən, dünyanın qalan hissəsində satışların həcmi yanvar ayında 50 faiz artıb. Amma bu coğrafi seqmentin tutumu Şimali Amerika ilə müqayisə oluna bilər. Ardıcıl müqayisə aparsaq, qeyd olunan mühərrik növlərinə malik avtomobillərin satış həcmi 35 faiz azalıb. Bayram günləri ilə əlaqədar Çin bazarı ümumi statistikaya həlledici təsir göstərib.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM