satellite   Azerspace-1: 11135 H 30000

Müharibə başlayandan bəri iki milyona yaxın Rusiya və Ukrayna vətəndaşı Azərbaycana gəlib

Müharibə başlayandan bəri iki milyona yaxın Rusiya və Ukrayna vətəndaşı Azərbaycana gəlib

2022-ci ilin mart ayından 2024-cü ilədək ümumilikdə 1 milyon 897 min 588 nəfər Rusiya və Ukrayna vətəndaşı Azərbaycana gəlib.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə "Report"a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Komitədən bildirilib ki, 2022-ci il ərzində Rusiyadan 446 min 712 nəfər, Ukraynadan isə 27 min 741 nəfər ölkəyə daxil olub.

2023-cü ildə isə Rusiyadan Azərbaycana gələnlərin sayında kəskin artım müşahidə olunub. Belə ki, ölkəyə gələn Rusiya vətəndaşlarının sayı 200 mindən çox artaraq 624 min 753 nəfərə çatıb. Ötən il 31 min 267 Ukrayna vətəndaşı da Azərbaycana daxil olub.

Ötən ildə isə 730 min 971 nəfər Rusiya, 36 min 144 Ukrayna vətəndaşı da Azərbaycana giriş edib.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında müharibə 2022-ci il fevralın 24-də başlayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM