satellite   Azerspace-1: 11135 H 30000

Rusiya regionları üzərində gecə ərzində 40 PUA vurulub

Rusiya regionları üzərində gecə ərzində 40 PUA vurulub

Rusiya Hava Hücumundan Müdafiə (HHM) qüvvələri gecə ərzində 40 Ukrayna pilotsuz uçuş aparatını (PUA) vurub.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyinin teleqram kanalında məlumat yayılıb.

Məlumata görə, PUA-ların 17-si Volqoqrad, 12-si Kaluqa, 9-u Rostov və 2-si Saratov vilayəti üzərində vurulub.

Qeyd edək ki, son vaxtlar Rusiyanın enerji infrastrukturu obyektləri getdikcə daha çox PUA-ların hədəfinə çevrilir. Dekabrın əvvəlində Bryansk şəhərindəki neft bazası dronların hücumuna məruz qalıb, bundan sonra obyektdə böyük yanğın baş verib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM