satellite   Azerspace-1: 11135 H 30000

İran Livanın iki təyyarəsinin Tehrana enməsinə icazə verməyib

İran Livanın iki təyyarəsinin Tehrana enməsinə icazə verməyib

İran Livandan uçan “Middle East Airlines” şirkətinə məxsus iki təyyarənin Tehranın beynəlxalq hava limanında eniş etməsinə icazə verməyib.

Naxçıvan televiziyası “Al-Nahar” qəzetinə istinadən xəbər verir ki, bu barədə Livanın Mülki Aviasiya Baş İdarəsi məlumat yayıb.

Məlumata görə, təyyarələr İrandakı bir qrup Livan vətəndaşını ölkəyə gətirmək üçün uçubmuş.

Baş İdarədən bildirilib ki, Livanın iki sərnişin təyyarəsinin Tehrana enməsinə İran hakimiyyəti icazə verməyib.

Tehranın Beyrutdakı səfiri Moctaba Amani bildirib ki, Livan təyyarələrinin İran paytaxtına enməsi yalnız İslam Respublikasına məxsus hava gəmilərinin Beyruta uçmasına icazə veriləcəyi təqdirdə mümkün olacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM