satellite   Azerspace-1: 11135 H 30000

Türkiyə hərbçiləri İraqın şimalında yeddi terrorçu öldürüb

Türkiyə hərbçiləri İraqın şimalında yeddi terrorçu öldürüb

Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalında keçirdiyi antiterror əməliyyatı nəticəsində PKK terror qruplaşmasının yeddi silahlısı öldürülüb.

Naxçıvan televiziyası xəbər verir ki, məlumatı Türkiyənin Milli Müdafiə Nazirliyi yayıb.

Məlumata görə, İraqın şimalında Kandil bölgəsində fevralın 12-də keçirilən havadan əməliyyat nəticəsində dörd, fevralın 14-də isə ölkənin Metina bölgəsində isə üç terrorçu öldürülüb.

Qeyd edilib ki, Türkiyə Silahlı Qüvvələri terrora qarşı qabaqlayıcı və yoxedici əməliyyatlarını davam etdirəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM