satellite   Azerspace-1: 11135 H 30000

Zelenski: Rusiya-Ukrayna müharibəsi təkcə mən və Putinin iştirakı ilə həll edilə bilməz

Zelenski: Rusiya-Ukrayna müharibəsi təkcə mən və Putinin iştirakı ilə həll edilə bilməz

Prezident Volodimir Zelenski Rusiya-Ukrayna müharibəsinin təkcə özünün və Prezident Vladimir Putinin iştirakı ilə həll oluna bilməyəcəyini vurğulayıb.

Naxçıvan televiziyası xəbər verir ki, o, bu barədə Münxen Təhlükəsizlik konfransında çıxışı zamanı bildirib.

Zelenski deyib ki, bu müharibə yalnız bir neçə lider tərəfindən həll edilə bilməz:

"Nə Tramp və Putin, nə mən və Putin, nə də Putinlə təkbətək görüşən hər hansı bir şəxs tərəfindən müharibənin həll edilməsi mümkün deyil. Biz həqiqi sülhə nail olmaq üçün birlikdə təzyiq göstərməliyik".

O, Ukraynanın Rusiya ilə atəşkəs razılaşması imzalamasının şərtlərini də açıqlayıb:

"Biz Rusiyaya qarşı real təhlükəsizlik zəmanətləri olmadan, təzyiq göstərilmədən və Rusiyanı nəzarətdə saxlamaq üçün sistem olmadan sadəcə atəşkəsə razılaşa bilmərik".

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM