satellite   Azerspace-1: 11135 H 30000

Netanyahu Qəzza sakinlərinin anklavı tərk etmək hüququnu dəstəkləyib

Netanyahu Qəzza sakinlərinin anklavı tərk etmək hüququnu dəstəkləyib

Qəzza zolağında yaşayan fələstinlilərə könüllü olaraq anklavı tərk etmək imkanı verilməlidir.

Naxçıvan televiziyası-ın “Ynet” portalına istinadən verdiyi məlumata görə, bunu İsrailin baş naziri Benyamin Netanyahu Amerika yəhudi təşkilatlarının rəhbərlərinin Qüdsdə keçirilən konfransında deyib.

“Niyə Qəzza sakinlərinə seçim imkanı verilməsin? Qoy getsinlər”, - deyə o vurğulayıb.

Hökumət başçısının sözlərinə görə, son iki ildə Qəzzanı 100 min sakin tərk edib: “Varlılar gedə bilər, amma qalanlar da getmək istəyirlərsə, getsinlər. Biz onlara təhlükəsiz zonaya çatmaq imkanı vermək istəyirik. İnsanlar mühacirət etmək istəyirlərsə, bu onların seçimidir”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM