satellite   Azerspace-1: 11135 H 30000

İranın vitse-prezidenti: Xəzər regionu Asiya və Avropa dövlətləri üçün mühüm əhəmiyyət daşıyır

İranın vitse-prezidenti: Xəzər regionu Asiya və Avropa dövlətləri üçün mühüm əhəmiyyət daşıyır

Xəzəryanı ölkələrin qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrini daha da genişləndirməsi üçün Xəzər İqtisadi Forumu əhəmiyyətli platformadır. 300 milyondan çox əhalisi və 700 milyard dollar ticarət dövriyyəsinə malik olan bu dövlətlərin iqtisadi əməkdaşlığı dövlətlərin və xalqların mənafeyinə uyğundur.

Naxçıvan televiziyası xəbər verir ki, bu sözləri İranın birinci vitse-prezidenti Məhəmməd Rza Arefi Tehranda keçirilən 3-cü Xəzər İqtisadi Forumunda deyib.

O bildirib ki, bu gün ən vacib məsələlərdən biri Xəzər dənizinin ekologiyasını qorumaqdır.

“Dünya bazarına çıxarılan kürü və nərə balığının 80 faizi məhz Xəzər dənizindən tədarük edilir. Xəzər regionu yalnız region dövlətləri üçün deyil, Asiya və Avropa dövlətləri üçün də mühüm əhəmiyyət daşıyır. Dəniz qitələri nəqliyyat baxımından birləşdirir. Beynəlxalq nəqliyyat dəhlizləri Xəzər regionu üzərindən keçir. Xəzər dənizi ətrafındakı dövlətlər zəngin təbii ehtiyatlara və iqtisadi potensiala malikdirlər ki, bu da onların qarşılıqlı əməkdaşlıq əlaqələrinin daha əhatəli olmasına şərait yaradıb”, - deyə İranın birinci vitse-prezidenti vurğulayıb.

Nəzərə çatdıraq ki, fevralın 17-18-də Tehranda 3-cü Xəzər İqtisadi Forumu keçirilir. Sabah Xəzəryanı dövlətlərin baş nazirlərinin görüşü keçiriləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM