satellite   Azerspace-1: 11135 H 30000

Ukrayna Prezidenti: ABŞ bizə lazım olan dəstəyi vermir

Ukrayna Prezidenti: ABŞ bizə lazım olan dəstəyi vermir

Nə Rusiya, nə də Ukrayna silahla qalib gələ bilər. Rusiya bunu istəsə də, məqsədinə çatmadı.

Naxçıvan televiziyası xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Ankarada türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla birlikdə keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, kimsənin buna inanmadığı halda Ukrayna müstəqilliyini qoruyub: "Artıq diplomatiyaya keçmək lazımdır. Amma bu, ədalətli olmalıdır".

V.Zelenskinin sözlərinə görə, Rusiya sülh istəyirsə, əsir mübadiləsinə razı olmalıdır: "Təhlükəsiz zəmanəti yeni müharibənin başlamaması üçündür. Biz Rusiya ordusundan qorxmuruq. Amma yeni itkilərə səbəb olmamaq üçün təhlükəsizlik zəmanəti şərtdir. ABŞ bizə lazım olan dəstəyi vermir. Bəzi Qərb ölkələri bizim NATO-ya üzvlüyümüzü dəstəkləmir. Odur ki, Ukrayna ordusu güclü olmalıdır. Ukrayna heç vaxt ərazilərinin işğalı ilə barışmayacaq".

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM