satellite   Azerspace-1: 11135 H 30000

Brüssel Rusiyanın səkkiz media orqanının yayımını dayandırıb

Brüssel Rusiyanın səkkiz media orqanının yayımını dayandırıb

Brüssel Moskvaya qarşı 16-cı sanksiyalar paketi çərçivəsində Rusiyanın səkkiz media orqanının Avropa İttifaqı ərazisində yayım lisenziyasının müvəqqəti dayandırılması barədə qərar qəbul edib.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Avropa İttifaqının Xarici Əlaqələr Şurasının mətbuat xidmətinin bəyanatında deyilir.

“Avropa İttifaqı Şurası bu gün Rusiya rəhbərliyinin daimi nəzarətində olan səkkiz media orqanının yayım lisenziyasının dayandırılması barədə qərar qəbul edib”, - deyə sənəddə bildirilir.

Sanksiyalar “Fondsk.ru”, “Lenta.ru”, “News Front”, “RuBaltic”, “SouthFront”, Strateji Mədəniyyət Fondu, “EADaily” xəbər agentlik və portallarına və “Zvezda” telekanalına aiddir.

Lakin məhdudlaşdırıcı tədbirlər həmin media orqanlarının və onların əməkdaşlarının Avropa İttifaqında araşdırma və müsahibələr aparması kimi fəaliyyətlərini qadağan etmir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Neft bahalaşıb

11:07 03.11.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM