satellite   Azerspace-1: 11135 H 30000

Polşa Rusiyanın hərbi fəallığı səbəbilə HHM sistemlərini aktivləşdirib

Polşa Rusiyanın hərbi fəallığı səbəbilə HHM sistemlərini aktivləşdirib

Rusiyanın Ukraynanın qərbindəki hərbi aktivliyi səbəbindən Polşa Hərbi Hava Qüvvələrinin balansındakı qırıcıları havaya qaldırıb, eləcə də Hava Hücumundan Müdafiə (HHM) sistemlərini hazır vəziyyətə gətirib.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə ölkənin Silahlı Qüvvələrinin Komandanlığı “X” hesabında paylaşım edib.

Hərbi Hava Qüvvələrinə məxsus radiolokasiya kəşfiyyatı həyata keçirən qurğular da işə düşüb.

Polşa ordusunun sonuncu belə aktivliyi fevralın 1-də qeydə alınıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM