satellite   Azerspace-1: 11135 H 30000

Ali Rada Zelenskinin legitimliyi barədə qanun layihəsini təsdiqləyib

Ali Rada Zelenskinin legitimliyi barədə qanun layihəsini təsdiqləyib

Ali Rada Rusiyanın təcavüzü fonunda Ukraynada demokratiyanı dəstəklədikləri barədə qanun layihəsini 268 səslə təsdiq edib. Qanun layihəsində hərbi vəziyyət rejimi şəraitində seçkilərin keçirilməsinin mümkünsüzlüyündən söhbət gedir.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Ukrayna parlamentinin deputatı Yaroslav Jeleznyak bildirib.

Qəbul edilən qərara uyğun olaraq, hazırda Ukraynada beynəlxalq müşahidəçilərin iştirakı ilə azad, şəffaf və demokratik seçkilərin təşkilinin mümkünsüzlüyünə görə məsuliyyətin məhz Rusiya Prezidenti Vladimir Putinin daşıdığı barədə xarici dövlətlərin parlament və hökumətlərinə, beynəlxalq təşkilatlara və parlament assambleyalarına müraciətlər edilib.

Eyni zamanda vurğulanıb ki, Ukraynada tətbiq edilən hərbi vəziyyət rejimi seçkilərin Konstitusiyaya uyğun keçirilməsinə imkan vermir.

Bəyanatda, həmçinin Ukrayna Prezidenti Volodimir Zelenskinin və Ali Radanın legitimliyi vurğulanır. Bundan əlavə, qeyd olunur ki, Zelenski səlahiyyətlərini yeni seçilən prezident vəzifəsinin icrasına başlayanadək davam etdirməlidir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM