satellite   Azerspace-1: 11135 H 30000

İsrail və HƏMAS fələstinli məhbusları azad etmək üçün razılığa gəlib

İsrail və HƏMAS fələstinli məhbusları azad etmək üçün razılığa gəlib

HƏMAS radikal hərəkatı fevralın 22-də, israilli girovların meyitlərinin təhvil verildiyi gün azad edilməli olan bir qrup fələstinli məhbusun qarşı tərəfdən sərbəst buraxılması ilə bağlı razılığa gəldiyini bildirib.

Naxçıvan televiziyası-ın məlumatına görə, bu barədə hərəkatın teleqram-kanalında məlumat verilib.

Razılaşma HƏMAS-ın nümayəndə heyətinin Qahirəyə səfərindən sonra əldə olunub.

“Son qrupun tərkibində azad edilməli olan fələstinli sərbəst buraxılmasının gecikdirilməsi məsələsinin həlli ilə bağlı razılıq əldə olunub ki, onlar da israilli girovların meyitlərinin qarşı təhvil verilməsi ilə eyni vaxtda buraxılsınlar”, - xəbərdə deyilir.

Bəyanatda deyilir ki, HƏMAS-ın Qəzza zolağındakı lideri Xəlil əl-Həyyanın başçılıq etdiyi hərəkatın nümayəndə heyəti Qahirəyə səfəri zamanı Misir rəsmiləri ilə atəşkəs razılaşmasının icrası, girovların dəyişdirilməsi və danışıqların ikinci mərhələsinin perspektivlərini müzakirə edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM