satellite   Azerspace-1: 11135 H 30000

Tailandda avtobus qəzaya uğrayıb, 18 nəfər ölüb

Tailandda avtobus qəzaya uğrayıb, 18 nəfər ölüb

Tailandda turist avtobusunun qəzaya uğraması nəticəsində azı 18 nəfər ölüb, 20-yə yaxın şəxs yaralanıb.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə “Tairath” qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, qəza paytaxt Banqkokdan 120 km aralıda yerləşən Praçinburi əyalətində baş verib. Hadisə 200 nəfərlik tur qrupu üç avtobusda daşınarkən baş verib. Sonuncu avtobus idarəetməni itirib və aşıb.

Avtobusun içində 49 nəfər olub. Yaralılar xəstəxanaya çatdırılıb. Xilasedicilər itkin düşənləri axtarır. Polis qəza ilə bağlı araşdırmalara başlayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM