satellite   Azerspace-1: 11135 H 30000

Pakistanla Özbəkistan bütün sahələrdə əməkdaşlığı gücləndirəcəklər

Pakistanla Özbəkistan bütün sahələrdə əməkdaşlığı gücləndirəcəklər

Pakistan və Özbəkistan ticarət, nəqliyyat, enerji və mədəni mübadilə sahələrində əməkdaşlığı gücləndirmək niyyətindədir.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif Daşkənddə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşündən sonra “X” sosial şəbəkəsindəki səhifəsində yazıb.

"Bu səhər əziz qardaşım, Prezident Şavkat Mirziyoyevlə rəsmi danışıqlar aparmaq üçün görüşmək mənim üçün şərəf idi. Biz əsas diqqəti ticarət, logistika, enerji əməkdaşlığı və mədəni mübadilənin gücləndirilməsinə yönəltdik. Ortaq qətiyyətimizi nəzərə alaraq, bir daha təsdiqləyirik ki, ticarətdən başlayaraq qarşılıqlı fəaliyyətə qədər ikitərəfli əlaqələrimizin bütün aspektlərini inkişaf etdirəcək, tərəfdaşlığımızın möhkəmləndirilməsi üzərində işləyəcək, xalqlarımızın rifahı üçün yeni imkanlar yaradacağıq", - o qeyd edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM