satellite   Azerspace-1: 11135 H 30000

Rusiya fələstinlilərin Qəzzadan köçürülməsinə qarşı çıxıb

Rusiya fələstinlilərin Qəzzadan köçürülməsinə qarşı çıxıb

Fələstinlilərin Qəzza zolağından region ölkələrinə köçürülməsi Fələstin-İsrail probleminin altına bomba qoymaq deməkdir.

Naxçıvan televiziyası xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Qətərə səfərinin yekunlarına dair mətbuat konfransında deyib.

O, fələstinlilərin Qəzza zolağından region ölkələrinə köçürülməsi ideyasını tənqid edib.

Onun sözlərinə görə, Fələstinlilərin Qəzza zolağından region ölkələrinə köçürülməsi iki dövlətli həll yolunu yerinə yetirmək əvəzinə, Fələstin-İsrail nizamlanması prosesinə yalnız saatlı bomba yerləşdirəcək.

"Fələstin dövlətinin yaradılması məsələsi əsas məsələdir və əgər Təhlükəsizlik Şurasının bu qərarlarını təxirə salmağa və Fələstin dövlətinin yaradılmasını fələstinlilərin region ölkələrinə köçürülməsi ilə əvəz etməyə cəhdlər edilərsə, bu yalnız problemin altına saatlı bomba yerləşdirəcək, hansı ki, bu, uzun onilliklər ərzində iki dövlət yaradılması tələbinin rədd edilməsi ilə bir neçə dəfə baş vermişdi”, - Lavrov vurğulayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM