satellite   Azerspace-1: 11135 H 30000

Ermənistanda milli təhlükəsizlik strategiyasının hazırlanması üzrə komissiyanın ilk iclası keçirilib

Ermənistanda milli təhlükəsizlik strategiyasının hazırlanması üzrə komissiyanın ilk iclası keçirilib

İrəvanda Ermənistanın yeni milli təhlükəsizlik strategiyasının hazırlanması üzrə komissiyanın birinci iclası keçirilib.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Ermənistan KİV-i Təhlükəsizlik Şurasının mətbuat xidmətinə istinadən məlumat yayıb.

İclas Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın sədrliyi ilə baş tutub və hələlik yalnız texniki xarakter daşıyıb.

İşin daha səmərəli təşkili üçün qurumlarda işçi qrupların yaradılması qərara alınıb. Bundan başqa, komissiyanın iş reqlamenti də təsdiq edilib.

Baş nazir Nikol Paşinyan yanvarın 28-də milli təhlükəsizlik strategiyasındakı dəyişikliyi elan edib və fevralın 18-də işçi qrupun yaradılması barədə qərar imzalayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM